Azərbaycanda AŞPA Komitəsinin iclası keçirilir

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
İclasda məruzəçilərin hesabatları dinləniləcək

BAKI, 15 mart — Sputnik. Bu gün Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclas 2 gün davam edəcək.

İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
AŞPA həmməruzəçiləri Bakıya gəliblər

İclasın açılışını komitə sədri, millət vəkili Sahibə Qafarova edib. Sonra Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxış edərək bildirib ki, Azərbaycan AŞPA ilə əməkdaşlıqda maraqlıdır: "Komitənin iclası Azərbaycan üçün önəmlidir. Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var".

Daha sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. Bunun ardınca xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Furio de Angelisin iştirakı ilə müzakirələr nəzərdə tutulur. İclasda məruzəçilərin hesabatları dinləniləcək.

Xəbər lenti
0