CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana qarşı təcavüzə ikili standartlarla yanaşılır

© Photo : APAMilli Məclis sədrinin müavini Valeh Ələsgərov
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər bu məsələyə ədalətlə yanaşılsaydı, postsovet ölkələrində belə problemlər olmazdı. Sizi daha qətiyyətli addımlar atmağa çağırıram.

BAKI, 15 mart — Sputnik. "Azərbaycan artıq 17 ildir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvüdür və bu qurumla sıx əməkdaşlıq edir. Parlament AŞPA ilə münasibətlərin bundan sonra hərtərəfli inkişafında maraqlıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib.

V.Ələsgərov bildirib ki, 500 milyon əhalisi olan Avropa Suriyadan, İraqdan və digər ölkələrdən olan təqribən 2 milyon qaçqın probleminin həllində çətinlik çəkir, lakin 10 milyonluq Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemini həll etmək məcburiyyətində qalıb: "Şikayət etmirik, sadəcə beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlarla yanaşır. Əgər bu məsələyə ədalətlə yanaşılsaydı, postsovet ölkələrində belə problemlər olmazdı. Sizi daha qətiyyətli addımlar atmağa çağırıram".

Xəbər lenti
0