Stalin Konstitusiyasının qəbulu

© Sputnik / Mediabanka keçidИосиф Сталин. Архивное фото
Иосиф Сталин. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
SSRİ (Stalin) Konstitusiyasının əsasında hazırlanan yeni Əsas Qanunda Azərbaycanın müttəfiq respublika kimi hüquqları daha da məhdudlaşdırılmışdı

BAKI, 14 mart — Sputnik. 1937-ci il martın 14-də IX Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in üçüncü Konstitusiyası qəbul edilib.

Sovet Azərbaycanının ilk Konstitusiyası 1921-ci ildə, ikincisi 1927-ci ildə qəbul olunmuşdu.

1936-cı ilin SSRİ (Stalin) Konstitusiyasının əsasında hazırlanan yeni Əsas Qanunda Azərbaycanın müttəfiq respublika kimi hüquqları daha da məhdudlaşdırılmış, rus dili dövlət dili kimi təsbit olunmuşdu.

Xəbər lenti
0