BAKI, 14 mart – Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp illik əmək haqqını xeyriyyə işlərinə sərf edəcək.
Sputnik Azərbaycan MSN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser açıqlama verib.
“Cənab Tramp həmin pulu konkret hara xərcləyəcəyi barədə, daim onu tənqid edən jurnalistlərdən məsləhət almaq istəyir” – deyə sözçü bildirib.
Hər il milyarderlərin mal varlığı ilə bağlı siyahı dərc edən “Forbes” jurnalı Donald Trampın var-dövlətinin 3.7 milyard ABŞ dolları olduğunu yazıb.