Paytaxt və bölgələrdə duman olacaq

© Photo : REPORT IABakıda dumanlı hava
Bakıda dumanlı hava - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 14 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Облачная погода в Баку - Sputnik Azərbaycan
Sabah hava qanımızı qaraldacaq

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 86-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Martın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0