İradə Yaqubova: “Gənclər Azərbaycan haqqında bütün həqiqətləri çatdıra bilərlər”
Qloballaşan dünyada informasiya texnologiyalarının sürətli inkişafı gənclərin rolunu artırır. Bu baxımdan Azərbaycan həqiqətlərinin müxtəlif vasitələrlə dünyaya çatdırılmasında gənclərin rolu danılmazdır.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi rəhbəri İradə Yaqubova deyir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu çox böyükdür və daha da önəmli ola bilər: “Öz informasiya təbliğatımızı apara bilərik. Qarabağ münaqişəsinin həlli məsələsində məhz gənclər önəmli rol oynaya bilər”.
“Bu gün gənclərin diqqətini cəlb edən, onların maraq dairəsində əsas yer tutan internetdə onlar önəmli fəaliyyət göstərə bilərlər. Bizim təşkil etdiyimiz debatlar da buna yönəlib ki, gəncləri bu istiqamətdə fəallaşdıraq. Onlar lazımi fəaliyyətlərini qura bilsinlər” — deyə o bildirib.