Avropa Ədalət Məhkəməsi hicabla bağlı son qərarını verdi

© REUTERS / Francois LenoirHicab, arxiv şəkli
Hicab, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə: İşə götürənlər özlərinə aid iş yerlərində dini simvolları əks etdirən geyimlərə qadağa qoya bilər

BAKI, 14 mart – Sputnik. Avropa Ədalət Məhkəməsi iş yerlərində hicab taxmağa qadağa qoyula biləcəyinə qərar verib. Sputnik Azərbaycan Türkiyə NTV-sinə istinadən xəbər verir ki, qərarda işə götürənlərə belə bir ixtiyar tanındığı açıqlanıb. 

Qeyd edək ki, Fransa və Belçikada iş yerində hicablarını çıxarmağı rədd edən iki müsəlman qadın Avropa Ədalət Məhkəməsinə müraciət etmişdi. Və məhkəmə bu gün həmin qadınların əleyhinə səs verib. 

“İşə götürənlər özlərinə aid iş yerlərində dini simvolları əks etdirən geyimlərə qadağa qoya bilər” – Avropa Ədalət Məhkəməsi qərar verib. 

Xəbər lenti
0