Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təfərrüat: Xalq yazıçısının oğlunu kim və necə öldürüb?

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidЗадержанный, фото из архива
Задержанный, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qatillər başlarının üzərində cinayət axtarışı şöbəsinin əməkdaşlarını görəndə içkinin təsiri dərhal gedib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Nəsimi rayonu Polis İdarəsinin əməkdaşları Vətən Müharibəsi Veteranlar Birliyinin gözətçisinin qətlinin üstünü açıblar. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonu Polis İdarəsindən məlumat veriblər.

Martın 11-də Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsində gözətçi Yalçın Qocayev döyülərək öldürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polislər qətldə şübhəli bilinən 3 nəfəri — Sumqayıt şəhər sakini, əvvəllər adam oğurluğuna görə məhkum olunmuş 1979-cu il təvəllüdlü Ruslan Adil oğlu Məmmədovu, 1979-cu il təvəllüdlü Sabirabad rayon sakini Elnur Balamirzə oğlu Nəhmədovu və 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Pərviz Fərhad oğlu Hüseynovu saxlayıblar.

İlkin istintaq zamanı məlum olub ki, qətli Ruslan Məmmədov törədib, digər şəxslər isə cinayətin şahididirlər.

Məlum olub ki, saxlanılan şəxslər qətldən əvvəl gözətçi köşkünə gələrək tanışları Yalçın Qocayevə birgə yeyib-içmək təklif ediblər. Arağı tanışlar özləri ilə gətiribmişlər. "Babat vurandan" sonra yeyib-içənlərin arasında mübahisə düşüb. Qocayev üçün bu "söz dueli" ölümlə nəticələnib. Ruslan Məmmədov gözətçini başına vurulan bir yumruq zərbəsi ilə öldürdüyünü etiraf edib.

Polisdən bildirilər ki, şübhəli şəxslər qətldən sonrakı günlərdə də fasiləsiz olaraq içiblər. Qatillər yalnız başlarının üzərində cinayət axtarışı şöbəsinin əməkdaşlarını görəndə içkinin təsiri gedib.

Qeyd edək ki, öldürülən Yalçın Qocayev xalq yazıçısı Fikrət Qocanın oğludur.

Xəbər lenti
0