Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat kafedrasının dosenti Müslim İbrahimov deyir ki, bu qanun dəyişikliyi kəndlilərə təsir etməyəcək: “Kəndlilərin çoxu öz torpaqlarını becərirlər. Əgər becərə bilmirlərsə, onu başqalarına verirlər və ya istehsal kooperasiyası kimi torpaqları birləşdirib bunu edirlər. Bu qanunda söhbət o adamlardan gedir ki, kim torpağı alıb, özü isə ümumiyyətlə kənddə yaşamır və torpaqdan sadəcə investisiya kimi istifadə edir”.
“Kənd adamlarına bu qanun elə də təsir etməyəcək, çünki onların 90-99 faizi torpaqları becərirlər. Torpaqları becərmək üçün müəyyən vəsait də sərf etmək lazımdır. Vəsait olmadan isə nəsə becərmək böyük bir problemdir, ona görə ki, kredit götürsən belə, onu qaytarmaq məsələsi problemlidir. Bu səbəbdən çoxları torpaqlardan öz şəxsi nəvacibi üçün istifadə edir” — deyə o bildirib.