Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsi sonuncu çərşənbə axşamı olan "İlaxır çərşənbə" ilə bağlı təntənəli mərasimlər keçirilir.
Novruz bayramının personajları — Bahar qızı, Kösa və Keçəlin olduğu karvan "İçərişəhər" metrostansiyasından başlayaraq dəvələrin, atlıların, faytonların, musiqi qruplarının müşayiəti ilə Suraxanıdakı "Atəşgah" kompleksinə (Atəşpərəstlik məbədi) yollanıb.