CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlıların BP-dən çıxarılmaları ilə bağlı məhkəmə başlayacaq

© Photo : BPСотрудники bp на глубоководной платформе "Гюнешли", фото из архива
Сотрудники bp на глубоководной платформе Гюнешли, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda fəaliyyət göstərən əcnəbilərin niyə öz həmvətənlərimizdən çox əmək haqqı alması problemi yenidən aktuallaşır

BAKI, 14 mart — Sputnik. Azərbaycanda çalışmaq istəyən əcnəbilərin sayı ildən-ilə artır. Yerli mütəxəssislər arasında işsizlik problemi yaşansa da, şirkətlər daha çox əcnəbi işçilərə üstünlük verir. Təbii ki, onların əmək haqqı da yerli mütəxəsislərlə müqayisədə 7-10 dəfə çox olur. Bəs niyə şirkətlər əcnəbilərə yerli mütəxəssislərdən çox əmək haqqı verir?

© Sputnik / Murad OrujovNəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov - Sputnik Azərbaycan
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov

Miqrasiya üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, heç də bütün əcnəbilər yerli mütəxəsislərdən çox maaş almırlar. Ekspert qeyd edir ki, hazırda Azərbaycanda 30 mindən çox əcnəbinin əmək fəaliyyəti ilə məşğul olması qeydə alınıb: "Ancaq onların 10 mini sırf əmək kvotası çərçivəsində əmək fəaliyyətinə cəlb olunan insanlardır. 20 mindən bir qədər çox əcnəbi isə əmək kvotasından kənar, yəni qanunun icazə verdiyi sahələr üzrə (kvota tətbiq edilməyən sahələr, məsələn, xidmət, tikinti, ticarət, iaşə sahəsi) çalışır. 10 min işçi əsasən kimya, neft-qaz sahəsi, sənayenin müxtəlif sahələrində çalışanlardır".

"Bu əcnəbilərin bilik və potensialına ehtiyac var. O kvotalar yerli əmək bazarında ixtisasa uyğun kadr tapılmayan sahələrə tətbiq edilir. Bu o, demək deyil ki, kadr yoxdur. Kadr var, amma elan olunmuş vakant yerə namzədlik təklif edilmirsə, belə olan halda kənardan mütəxəsislər dəvət edilir. Həmin o qeyd etdiymiz 10 min nəfər işçinin arasında, xüsusilə neft-qaz sektorunda çalışan insanların müəyyən bir qismi həqiqətən də yerli mütəxəssislərdən yüksək maaş alır. Yerdə qalan 3/2 hissə isə demək olar ki, yerli mütəxəssislərdən çox əmək haqqı almır" — Allahverənov bildirib.

Müsahibimizin dediyinə görə, neft şirkəti və ya digər işverən qurumlar əcnəbiləri işə cəlb etmək üçün şirnikləşdirici məvaciblər təklif edir: "Belə olan halda həmin şəxslə bağlı müəyyən edilmiş xərclərin həcmi də bir qədər artıq olur. Yerli işçilərin qalma yeri, yaşama şəraiti yerli parametrlərlə ölçülür, əcnəbilər üçün isə bu şərtlər bir qədər fərqli olur. Əcnəbilər çox zaman kirayə evlərdə qaldığı üçün onlara verilən məbləğ də çox olur".

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının sözlərinə görə isə, əgər əcnəbi il ərzində 90 gün Azərbaycanda yaşayırsa, o, qazandığı gəlirdən vergi verməlidir: "Bilirsiniz ki, hal-hazırda əcnəbilərə ev, yaxşı əmək haqqı və s. verilir. Onlara həddən artıq gözəl imkanlar yaradılıb. Azərbaycanda yerli işçilərə qarşı olan diskriminasiya Əmək Məcəlləsində də, Beynəlxalq Konvensiyada da qadağan edilib. Hasilatın pay bölgüsündə qeyd olunub ki, xaricdən o işçilər gəlməlidir ki, burada o sahə üzrə mütəxəssis olmasın. Hamıya da aydındır ki, Azərbaycanda yüksək səviyyəli mütəxəssislər var".

© Şəxsi Facebook səhifəsindənNeftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı - Sputnik Azərbaycan
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı

"Əvvəllər ola bilsin ki, hansısa işçinin biliyi, təhsili BP standartlarına uyğun gəlməyə bilərdi. Amma zaman-zaman bu insanlar xarici ölkələrə göndərildilər, oxuyub sertifikat aldılar. Baxmayaraq ki, hazırda Azərbaycanda yüksək səviyyəli kadrlar var, yenə də xaricdən işçi gətirilməsi davam edir. Ötən il də, bu il də BP-də ixtisarlar olub. Biz 48 nəfərin işdən azad edilməsi ilə bağlı məhkəmə prosesinə başlayacağıq. Bu proses hər il davam edən prosesdir" — Qəhrəmanlı qeyd edib.

Müsahibimiz bildirir ki, Vergilər Nazirliyi ölkədəki əcnəbilərin əmək haqqına nəzarət etmir: "Əcnəbilər 3 aylıq müddət bitənə yaxın öz ölkələrinə gedir və yenidən müqavilə bağlayaraq geri qayıdırlar. Əcnəbilər Azərbaycana vergi ödəmirlər, vergilərini də öz ölkələrində ödəyirlər. Əcnəbilər həddən artıq imtiyazlara, iş və ev şəraitinə malikdirlər. Bunun günahkarı isə ölkənin müvafiq dövlət qurumlarıdır. SOCAR hasilatın pay bölgüsü sazişinə nəzarət etmir, onların Azərbaycanda etdikləri ədalətsizliklərə göz yumur. Əmək müfəttişliyi maraqlanmır, Vergilər Nazirliyi nəzarət etmir".

© Sputnik / Murad OrujovNeft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

O ki qaldı ölkədə müəyyən sahələr üzrə mütəxəssislərin olmamasına, ekspert bildirir ki, savadlı, yaxşı təhsil almış, sertifikatları olan mütəxəssislərimiz indi xarici ölkələrdə iş axtarırlar: "Bizim qurumlarda azərbaycanlılar ixtisar edilir, əcnəbilər isə dəstəklənərək saxlanılır. Hamısı da yüksək vəzifələrdə çalışırlar. Hasilatın pay bölgüsü imzalanandan belədir və belə də davam edir. Sadəcə fərq ondadır ki, o vaxt çoxluq təşkil edirdilər, indi azdırlar".

İqtisadçı-ekspert İlham Şaban isə hesab edir ki, əmək haqqı məsələsini hərə öz baxışı ilə dəyərləndirməməlidir: "Əcnəbi Bakıya gəlirsə, o, "BP Global"dakı dərəcə ilə gəlir. BP-də ştatda olan işçinin 13 dərəcəsi var. 13 ən yüksək səviyyədir, yəni onu rəhbər heyətə aid edirlər. Azərbaycanın beynəlxalq reytinqinə baxırlar. Buraya ekologiya, təhlükəsizlik, sağlamlıq və sair kimi amillər də daxildir. Və həmin reytinqlərə görə onların əmək haqlarına əlavələr edilir".

"Ancaq mən başa düşə bilmirəm, burada nə var? İngiltərədə və ya ABŞ-da ayda 15 min alan qazma mühəndisini gəlib burada 2 minə işləməyə məcbur edəcəksən? Hər kəs öz əmək müqaviləsinə görə çalışır" — ekspert vurğulayıb.

Mütəxəssislərin ümumi rəyi ondan ibarətdir ki, ölkədə axtarılan vakansiya üzrə yerli mütəxəssis olmadığı təqdirdə, şirkət xaricdən işçi dəvət edə bilər. Amma hazırda ali təhsilli, xarici ölkələrdə kurslar keçmiş yerli mütəxəssislər var və onların böyük bir hissəsi işsizdir. Onlar işləmək üçün xarici ölkələrə üz tutur.

Bəs şirkətlər yerli mütəxəssislə daha münasib qiymətə çalışmaqda niyə maraqlı deyil? Bəlkə biz də yerli mütəxəssislərə üstünlük verməyə başlayaq?

Xəbər lenti
0