Türkiyəyə bu Avropa ölkəsindən gözlənilməz dəstək

© badahosIstanbul
Istanbul - Sputnik Azərbaycan
Abunə olmaq
Yunanıstan rəsmisi: "Avropadakı qaydalara görə, bu cür toplantıların həyata keçirilməsində problem yoxdur. Bu məsələdə yeganə problem təhlükəsizlikdir".

BAKI, 13 mart — Sputnik. Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrouqalos başda Almaniya və Hollandiya olmaq üzrə bəzi Avropa ölkələrində yaşanan gərginliklərlə bağlı Türkiyəyə dəstək verib.

Qatıldığı televiziya proqramında suallara cavab verən Katrouqalos, "türk rəsmiləri, seçim dönəmlərində əvvəllər Trakyaya səfər ediblər. Onların bu əlaqəsinə əngəl olmaq üçün hər hansı bir səbəb yoxdur" deyib.

Nazir müavini daha sonra bildirib ki, "Avropa ilə əlaqələrimizdə problemlərə səbəb ola biləcək gərginliklərin qızışdırılmaması lazımdır. Mən digər ölkələrin daxili siyasi qərarlarını ittiham edə bilmərəm, lakin Avropadakı qaydalara görə, bu cür toplantıların həyata keçirilməsində problem yoxdur. Bu məsələdə yeganə problem təhlükəsizlikdir".

Xəbər lenti
0