BAKI, 13 mart — Sputnik. Bir sıra Avropa ölkələri ilə, xüsusilə Niderland ilə yaşanan gərginlikdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqə zəng vurub. Sputnik Türkiyə xəbər verir ki, telefon danışığının detalları tam açıqlanmasa da, Çavuşoğlunun Stoltenberqdən Niderlandın anti-demokratik rəftarına münasibət bildirməsini tələb etdiyi məlum olub.
Xatırladaq ki, Niderland hökuməti, Türkiyənin xarici işlər naziri M. Çavuşoğlunun Türkiyə vətəndaşları ilə görüşmək üçün Rotterdam hava limanına enişinə icazə verməyib. Hazırda iki ölkə arasında ciddi gərginlik yaşanmaqdadır.