BAKI, 13 mart – Sputnik. Səudiyyə Ərəbistanı krallığının vəliəhdi, müdaifə naziri, şahzadə Məhəmməd bin-Salman əl-Səud bu gün Birləşmiş Ştatlara səfərə gedib. Sputnik Azərbaycan ərəb mediasına istinadən xəbər verir ki, Əl-Səud Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.
Xəbərə görə, vəliəhdin Pentaqon rəsmiləri ilə görüşü də nəzərdə tutulub.
Görüşlərdə Yaxın Şərqdəki vəziyyətin müzakirə ediləcəyi qeyd olunub.