BAKI, 13 mart — Sputnik. Azərbaycanın tanınmış iqtisadçı-ekspertlərindən olan Oqtay Haqverdiyev vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, O. Haqverdiyev 81 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, O. Haqverdiyev Nazirlər Kabinetinin Maliyyə-kredit şöbəsinin sabiq müdiri, iqtisadiyyat nazirinin müavini vəzifələrində çalışıb.