BAKI, 13 mart – Sputnik. Bu görüntü Türkiyədə lentə alınıb. İstanbul metrolarının birində dəsmal və yaylıq satan azyaşlı suriyalı uşaq yorğunluğa davam gətirə bilməyərək başını sərnişinlərdən birinin dizinin üzərinə qoyaraq yatıb.
Həmin anlar digər sərnişin tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən həmin görüntünü təqdim edir: