Rahim Zakiroğlu, Sputnik Azərbaycan
Bu gün Lənkəran şəhəri H.Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar müşavirə keçirildi.
Konfransda Dini Qurumularla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Dadaşov, DQİDK-nin Cənub bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran İcra Hakimiyyəti başçısının müavini İlqar Dadaşov qeyd etdi ki, bu ilin “İslam Həmrəyliyi” ili elan olunması İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir edir. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə bütün dinlərlə eyni, bərabər münasibət göstərildiyini bildirərək, ölkəmizdəki tolerantlıq ənənələrinin, multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırdı.
Yekunda isə qeyd olunan mövzu ətrafında müzakirələr aparıldı.