Arzu Nağıyev: “Almaniyada seçicilərin üçdə biri türklərdən ibarətdir”
Son vaxtlar Türkiyə-Almaniya münasibətlərinin gərginləşməsi dünya mediasının gündəmindədir. Gərginliyin səbəbi və iki ölkə arasındakı siyasi atmosferə təsiri məsələləri müzakirə mövzusuna çevrilib.
Ekspert Arzu Nağıyev deyir ki, Almaniya öz ərazisindəki türk diasporunun siyasi fəaliyyətini genişləndirməsinə imkan vermək istəmir: “Bu gün Almaniyadakı seçicilərin üçdə biri türklərdən ibarətdir. Həm miqrant siyasətinə, həm də digər səbəblərə görə onlar imkan vermir ki, Türkiyənin rəhbəri gəlib orada çıxış etsin. Bunu da dövlətin daxili siyasətinə qarışa biləcək məqam kimi qiymətləndirirlər”.
“Almaniya kansleri Angela Merkelin çıxışından hiss olunur ki, müəyyən gərginlik var. Bundan əvvəl də qondarma soyqırımla və digər məsələlərlə bağlı bu problemlər yaşanmışdı. Əgər bu gün Almaniya Avropada aparıcı dövlət olaraq Türkiyəyə verdiyi sözləri tutmadısa, bunların hamısı gözlənilən idi” – deyə o bildirib.