Əhaliyə xüsusi xəbərdarlıq edildi

© Photo : APAFövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
FHN: Yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir

BAKI, 13 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Boş piştaxtalar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əhaliyə xəbərdarlıq: Aclıq gəlir

"Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir" — deyə müraciətdə bildirilir.

Daha sonra qeyd olunur: "Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər".

Yaranmış təhlükəli vəziyyətlər zamanı 112-yə zəng etmək tövsiyə olunur.

Xəbər lenti
0