Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklarımızda dollar bu səviyyəyə düşdü

© Sputnik / Murad OrujovДоллары США
Доллары США - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən həftə keçirilmiş son valyuta hərracında dollar düşdükdən sonra banklarda da ABŞ valyutasının alış və satış məzənnələri xeyli geriləyib

BAKI, 13 mart — Sputnik. Novruz bayramından öncəki həftə Azərbaycanda dollar ucuzlaşmaqda davam edir. Sputnik Azərbaycan-ın "Marja"ya istinadən məlumatına görə, ötən həftə keçirilmiş son valyuta hərracında dollar düşdükdən sonra banklarda da ABŞ valyutasının alış və satış məzənnələri xeyli geriləyib.

Bu həftənin ilk günü də banklarda dolların ucuzlaşması davam edib. Belə ki, AmrahBank dolların alış qiymətini 1.73 manatdan 1.72 manata, satışını 1.76 manatdan 1.75 manata, Bank BTB satışı 1.7550 manatdan 1.75 manata, Bank of Baku isə satışı 1.7620 manatdan 1.76 manata, NBC Bank alışı 1.72 manatdan 1.70 manata, satışı isə 1.7590 manatdan 1.7540 manata, UniBank satşı 1.7580 manatdan 1.75 manata endirib.

KapitalBank dolların satış qiymətini 1.76 manatdan 1.7550 manata, Bank Respublika 1.7650 manatdan 1.75 manata endirib.

Qeyd edək ki, ötən həftədən bir sıra banklarda dolların alışı 1.68-1.70 manat səviyyələrinə, satışı isə 1.7450 — 1.7550 manat səviyyələrinədək düşmüşdü.

Xəbər lenti
0