Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Taksi sürücüləri arasında baş verən davada qan töküldü

© Sputnik / Fuad HasanovТакси в Баку
Такси в Баку - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Taksi sürücüləri müştəriyə görə bir-birilərini al qana qərq etdilər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 11 mart – Sputnik. İsmayıllı şəhərində taksi sürücüləri arasında dava düşüb.

Belə ki, mərkəzi bazarın qarşısında 10-UK-483 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü, rayonda taksi fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü Nəsirov Xəyalət və həmkarı, “VAZ 21099” markalı minik avtomobilinin sürücüsü, 1964-cü il təvəllüdlü Nəcəfov Ramil arasında müştəriyə görə mübahisə yaranıb.

Onlar bir-birlərini təhqir ediblər. Bu zaman R. Nəcəfov avtomobilindən baltanı götürərək X. Nəsirovun başına zərbə endirib. X. Nəsirov ağır kəllə beyin travması və kəsilmiş-deşilmiş yara ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала