Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 mart — Sputnik. Sabran rayonunda 1 yaş 5 aylıq uşaq kanalda boğulub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu bədbəxt hadisə rayonun Gəndob kəndində baş verib.
2015-ci ilin oktyabrında anadan olmuş Pənahov Yusif Oqtay oglu evinin yaxınlığından keçən su arxına yıxılaraq boğulmağa başlayıb. Yusif su arxından cıxarılaraq ağır vəziyyətdə Sabran rayon Mərkəzi Xəstəxanasına catdırılıb.
Xəstəxananın həkimi İmamqulu İbrahimin sözlərinə görə, xəstə ağır vəziyyətdə xəstəxanaya daxil olub. Körpəyə ilkin tibbi yardım göstərilsə də, rayonda onun tam xilası üçün müvafiq şərait olmadığından, Bakıya göndərilməsi məqsədəuyğun hesab olunub. Uşaq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilib.
Şahidlərin sözlərinə görə, hadisə valideynlərin uşağı nəzarətsiz qoyması səbəbindən baş verib. Körpə su ilə oynamaq üçün arxa yaxınlaşıb və suya düşüb. Xoşbəxtlikdən ailə üzvləri özünü xilas etmək imkanı olmayan balacanın suya düşməsindən tez xəbər tutublar. Onun ciyərlərinə su dolub və nəfəsalması çətinləşib. Onu ağır vəziyyətdə rayon xəstəxanasına çatdırıblar. Uşağın həyati təhlükəsini adlayıb-adlamadığı hələlik bilinmir.