CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qara kəmər" əməliyyatı

© Photo : State Security Service of the Republic of AzerbaijanMilli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
On iki il əvvəl MTN və Baş Prokurorluq uzun müddət ölkədə ağır cinayətlər törətmiş kriminal qruplaşmanın ifşa olunduğu barədə məlumat yayıb

BAKI, 11 mart — Sputnik. 2005-ci il martın 11-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb.

MTN-in martın 10-da həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. 

"Qara kəmər" əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi. 

Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü.

Hazırda keçmiş MTN ətrafındakı hadisələrlə bağlı "Qara kəmər" əməliyyatına yeni baxış formalaşmaq üzrədir.

Xəbər lenti
0