Konstitusiya Məhkəməsi Ərdoğanın çıxışına qadağa qoydu

Abunə olmaq
Almaniya Konstitusiya məhkəməsi Türkiyə rəsmiləri barədə qalmaqalı qərar verib

BAKI, 11 mart — Sputnik. Almaniya Konstitusiya Məhkəməsi ölkədə siyasi danışıqlar aparmaq istəyən Türkiyə siyasətçilərinin Almaniya konstitusiyasının təmin etdiyi haqlardan istifadə edə bilməyəcəyi barədə qərar verib. Sputnik Azərbaycan “akşam”a istinadla xəbər verir ki, məhkəmənin qərarı referendumdan öncə Almaniyada türklərlə bağlı keçiriləcək toplantıların ləğv edilməsiylə başlayan gərginliyin fonunda reallaşıb.

Qərarın bir Almaniya vətəndaşının Türkiyənin baş naziri Binəli Yıldırımın Oberhausen şəhərində keçirəcəyi toplantı ilə bağlı 18 fevralda etdiyi şikayətlə bağlı verildiyi bildirilib.

Səfərdə heç bir hüquq pozuntusu görməyərək şikayəti rədd edən məhkəmə, Türkiyə prezidenti və ya başqa siyasətçilərin çıxış etmək üçün Almaniya konstitusiyasının verdiyi hüquqlardan istifadə edə bilməyəcəyini bildirib.

Xəbər lenti
0