CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Şeytan aldatdı məni, indi uşaqlarımın üzünə həsrətəm"

© Sputnik / Irade JELIL4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlar üçün bayram konserti keçirilib
4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlar üçün bayram konserti keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Cəzaçəkmə Müəssisəsində məhkum qadınlar üçün bayram konserti keçirilib

BAKI, 10 mart — Sputnik. Martın 8-də 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlar üçün bayram konserti keçirilib. Proqramdan öncə KİV nümayəndələri məhkum qadınların çalışdığı “Tikiş və Xalça sexi”ndə də olub. 

Sputnik Azərbaycan-ın məlumatına görə, qadınların çoxu xalçaçılıq və dərzilik sənətlərini məhz məhkumluq həyatı zamanı öyrəndiyini bildirib. Məhkum R. S. (adlar şərtidir – red.) danışır ki, ona törətdiyi ağır cinayətə görə, 15 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasının 7,5 ilini başa vuran məhkum qadın, 3 ildir xalça toxumağı öyrəndiyini deyib: “Burada hansısa işi öyrənməsən, zaman keçməz. Mən də xalça toxumağı öyrəndim. Hələ 7,5 il qalıb azadlığa çıxmağıma”. Qadın əməlinə görə peşman olduğunu da deyir.

Digər məhkum qadınlar da törətdikləri əməllərə görə peşman olduqlarını dilə gətirdilər. Məhkum N. H. da deyir ki, yaşlı vaxtında etdiyi əmələ görə çox peşmandır. “Şeytan aldatdı məni ay bala, avtobusda bir səhv hərəkət elədim. İndi uşaqlarımın, nəvələrimin üzünə həsrətəm” deyən qadın, göz yaşlarını saxlaya bilməyərək hönkürür.  

Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Ombudsman Elmira Süleymanova, müğənni Ruhi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova məhkum qadınları bayram münasibəti ilə təbrik ediblər. Şərti azadlığa çıxan 9 qadına azalığa çıxma ilə əlaqədar arayışlar təqdim edilib. Məhkum qadınlar çıxış edərək prezidentə minnətdarlıqlarını bildiriblər. Sonra tədbirin bədii hissəsi başlayıb. 

© Sputnik / Irade JELIL4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlar üçün bayram konserti keçirilib
4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlar üçün bayram konserti keçirilib - Sputnik Azərbaycan
1/12
4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlar üçün bayram konserti keçirilib

2/12

3/12

4/12

5/12

6/12

7/12

8/12

9/12

10/12

11/12

12/12

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun sözlərinə görə, cəzaçəkmə müəssisəsində  müxtəlif maddələrlə məsuliyyətə cəlb olunmuş qadınlar cəzalarını çəkirlər: “Azadlıqda olan insanların cəza çəkən şəxslərə yardım etmək istəyi bizi də sevindirir. Bu həm yardımdır, həm də məhkumların ictimaiyyətdən ayrı qalmamasına böyük köməkdir. Onların gələcəkdə islah olunmasına təsir edən amillərdəndir. Gələcəyə ümidlə baxmaq üçün əsassdır”.

H. Əlixanov bildirib ki, Prezident tərəfindən 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb: “Bu sərəncam KİV-də geniş müzakirələrə səbəb olub. Həqiqətən, böyük dəyişiklikdir. Bu sərəncamın mahiyyətinin əsasında humanizm dayanır. Çünki burada hər bir şəxsə, hətta ən ağır cinayət törətmiş şəxsə müəyyən imtiyazlar verilir. Ümumən götürəndə, bu, penitensiar xidmətin yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, müasirləşdirilməsi və cəzaların humanistləşdirilməsi ilə bağlıdır”.  

Əlixanov qeyd etdi ki, bu istiqamətdə hüquq-mühafizə orqanlarının üzərinə də böyük məsuliyyət düşür. Sərəncamda qanunların təkmilləşdirilməsi, Probasiya xidmətinin yaradılması nəzərədə tutulub. Probasiya xidmətinin mahiyyəti, məhkəmələr tərəfindən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların verilməsidir: “Bu, əsasən az ağır cinayətlər və böyük ictimai təhlükə törətməyən cinayətlərə aid edilir. Əlbəttə, ağır və xüsusi ağır cinayətlərdə əksər hallarda həbs cəzası labüddür. Amma bu, o demək deyil ki, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər edən şəxslərə həbs tətbiq olunmayacaq. Bu, böyük məsuliyyət və etimad tələb edir. Bunu doğrultmaq hər bir vətəndaşın borcudur”.

Əlixanovun sözlərinə görə, artıq bu qanunun tətbiqinə başlanılıb. Penitensiar xidmətdə məhkumların şərti azadlığa çıxması və cəzanın yüngülləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir: “Məhkumların sayının azalması məsuliyyəti təkcə penitensiar xidmətin deyil, istintaq orqanlarının da üzərinə düşür. Məhkəmələr cəza tədbirlərinin seçimi zamanı həbs qətiimkan tədbirlərinə deyil, digər alternativ tədbirlərə önəm verməlidir. Son zamanlar məhkəmələr də bunu nəzərə alır. Artıq azadlıqdan məhrumetmə cəzalarının azadlıqdan məhrumetmə ilə əlaqəsi olmayan cəzalarla əvəz edilməsi qərarları verilir”.

Əlixanovun sözlərinə görə, sərəncamın icra edilməsi prezidentin nəzarətindədir və yüksək səviyyədə də icra olunur. 

General deyib ki, indiyə qədər heç bir zaman 8 Mart bayramı ilə əlaqədar bu sayda qadın azadlığa çıxmayıb. O, 9 nəfərin şərti olaraq azadlığa buraxıldığını vurğulayıb: “Şərti olaraq azadlığa buraxılmanın əsas şərti ondan ibarətdir ki, azadlığa çıxan şəxs həmin müddət ərzində nə cinayət törədərsə, çəkdiyi cəza müddəti də onun üzərinə gələcək. Məhkəmələr 10 nəfərin məntəqə tipli cəzaçəkmə müəssisələrinə köçürülməsi barədə qərar verib. Lakin onların 20 günlük apellyasiya müddəti var. 20 gün ərzində etiraz, şikayət daxil olmayacaqsa, icraya başlanılacaq. Mayın 6 da prezidentin təşəbbüsü ilə Dekriminallaşma ilə bağlı qanun qəbul edilib. Yəni, əvvəl 30- 100 manata qədər oğurluq cinayət tərkibi yaradırdısa, indi 100 manatdan yuxarı oğurluq cinayət tərkibi yaradır. Yəni oğurluq, yeyinti, dələduzluq halı olubsa, indi 100 manata qədər olanlar azadlığa çıxır. Hal-hazırda 3000 manata qədər olan iqtisadi cinayət tərkibi, 3000-10000 manata qədrə olanlar xeyli miqdarda, 10000 manatdan yuxarı iqtisadi cinayətlər isə külli miqdarda cinayət hesab edilir. Yəni, 100 manatdan yuxarı məbləğ cinayət tərkibi yaradır. 100 manatdan aşağı məbləğ isə cinayət məsuliyyəti yaratmır, onların inzibati məsuliyyətə cəlb edilməsi mümkündür. Bu nöqteyi-nəzərdən bir nəfər dekriminallaşma ilə əlaqədar azalığa çıxıb. Bir nəfər isə ağır cinayət törətmiş şəxsdir, ona məhkəmə tərəfindən ciddi rejim təyin edilib, indi isə o ümumi rejimli həbsxanaya keçirilib. Ciddi rejimli cəzaçəkmə müəssisəsi ilə, ümumi rejimli cəzaçəkmə müəssisəsi arasında müəyyən imtiyaz fərqləri var. Ümumi rejimli cəzaçəkmə müəssisəsi həmin şəxs üçün xeyli yaxşı olacaq”.

Hüseyn Əlixanovun sözlərinə görə, Novruz bayramı ərəfəsində də əfv olacağı gözlənilir.

Xəbər lenti
0