BAKI, 11 mart — Sputnik. Hollandiya xarici işlər naziri Bert Kunders Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlunun təyyarəsinin bu ölkəyə enmə icazəsini ləğv edib.
Cavuşoğlu Hollandiyaya bu gün səfər etməli idi və səfər referendum öncəsi bu ölkədəki türklər arasında təbliğat aparmaq məqsədi daşıyırdı.
Maraqlıdır ki, bu gün Türkiyə mediasına açıqlama verən Çavuşoğlu Hollandiyanın uçuş icazəsini ləğv etməsi ehtimalının olduğunu bildirərək, "çox ağır nəticələr doğurar, ağır sanksiyalar tətbiq edərik. Ziyarət səbəbiylə təzyiq artacaqsa, artsın" demişdi.