"Ərdoğan kimi düşünənlər Türkiyəyə qayıtsın"

© REUTERS / Yves Herman Geert Wilders
Geert Wilders - Sputnik Azərbaycan
Abunə olmaq
Vilders: "Ərdoğanla eyni fikirdə olan Hollandiyadakı türklərə söyləyirəm: Türkiyəyə gedin və əsla geri qayıtmayın"

BAKI, 11 mart — Sputnik. Hollandiyanın sağ təmayüllü populist Azadlıq Partiyasının (PVV) lideri Geert Vilders (Geert Wilders) Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun enməsinə icazə verilməməsi ilə bağlı sosial media hesabından açıqlama verib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Hollandiya hökumətini faşistlərə bənzətməsinə etiraz edən Vilders sosial media vasitəsilə verdiyi açıqlamada deyib: "Ərdoğanla eyni fikirdə olan Hollandiyadakı türklərə söyləyirəm: Türkiyəyə gedin və əsla geri qayıtmayın".

Vilders şəxsi Twitter hesabındakı açıqlamasında bu ifadəni işlədib:

"Əla! PVV-nin davamlı təzyiqləri nəticəsində hökumətimiz Hollandiya seçkilərindən bir neçə gün əvvəl türk nazirin enişinə icazə vermədi".

Xəbər lenti
0