Bu prezident özünü "Putinin casusu" adlandırdı

© AP Photo / Sergei ChuzavkovČeský prezident Miloš Zeman
Český prezident Miloš Zeman - Sputnik Azərbaycan
Abunə olmaq
O əlavə edib ki, həm də Çin sədri və ABŞ prezidentinin casusudur

BAKI, 10 mart — Sputnik. Çexiya prezidenti Miloş Zeman cümə günü rus casusu, xüsusilə də Rusiya prezidenti Vladimir Putinin casusu olduğunu bəyan edib.

"Report" xəbər verir ki, onun növbəti ifadəsi bəyanatın zarafat olduğunu göstərib.

Zeman əlavə edib ki, o, həmçinin Çin sədri və Amerikanın yeni prezidentinin də casusudur.

Prezident daha sonra bildirib ki, onu həmişə dəstəklədiyi İsrailin casusu kimi də qələmə veriblər.

Zeman daha sonra ciddi olaraq bəyan edib ki, əslində yalnız Çexiya Respublikasının casusudur.

Xəbər lenti
0