BAKI, 10 mart – Sputnik. “Dünən yaralı vəziyyətdə xəstəxanaya gətirilən tələbələrin vəziyyəti yaxşıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Rauf Sadıxov deyib.
Dünənki avtobus qəzasından sonra xəstəxanaya gətirilən yaralı tələbələrin son vəziyyəti haqqında danışan Rauf Sadıxov, xəstəxanada cəmi 5 tələbənin qaldığını, onların da tezliklə evə buraxılacağını söyləyib.
“Tələbələrdən ikisini üst çənə cərrahiyyəsi üçün Bakı şəhərindəki 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) köçürtdük. Qalan yaralıları evə buraxmışıq. Hazırda xəstəxanada qalan tələbə sayı cəmi beş nəfərdir. Onlarda da ciddi heç bir problem yoxdur. Tezliklə evə buraxılacaqlar” – baş həkim bildirib.