Putinin Türkiyə planı mətbuata sızdı

© REUTERS / Sergei KarpukhinVladmir Putin və Rəcəb Tayyip Ərdoğan
Vladmir Putin və Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Ərdoğanın əli ilə Qərb blokunu struktur böhranına sürükləmək istəyir

BAKI, 10 mart — Sputnik. Məşhur türkiyəli strateq Mətin Gürcan, Ərdoğanın bugünkü Rusiya səfərini Almaniyanın məşhur "Deutsche Welle" qəzetinə dəyərləndirib. Sputnik Azərbaycan bu haqda Timeturk-ə istinadən məlumat verir. Strateqin iddiasına görə, Ankara Rusiya və ABŞ arasında seçim eləməyə məcbur qalacaq. 

Встреча Владимира Путина и Реджепа Тайипа Эрдогана в Санкт-Петербурге. 9 августа 2016 года - Sputnik Azərbaycan
Putin və Ərdoğan Moskvada bu məsələni müzakirə edəcəklər

Mətin Gürcan Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə dair planlarının nə olduğunu yazıb: "Türkiyənin həm Vaşinqtonu, həm də Moskvanı idarə etmək, yola vermək şansları getdikcə azalır. Putin də məhz buna oynayır. Ankara əvvəl-axır bu iki supergüc arasında seçim eləməyə məcbur olacaq. Putinin də məqsədi bu seçimin Rusiya olmasıdır".

"Vladimir Putin Türkiyəni niyə qazanmaq istəyir? Çünki Türkiyəni strateji müttəfiqdən daha çox, "troya atı" kimi görür. Çünki NATO və Qərb blokunu Türkiyənin vasitəsilə sarsıtmaq və böhrana salmaq istəyir. Əgər Putin, Türkiyəni NATO-dan uzaqlaşdırmağı bacarsa, bu Rusiya üçün böyük uğur sayılar. Rusiya, Qərb blokunu struktur böhranına sürükləmək istəyir. Ərdoğan da bu blokun əsasını təşkil edən Avropa İttifaqına və ABŞ-a meydan oxumaqda davam edir. Yəni Rusiyanın görmək istədiyini edir. Mövcud vəziyyət Moskva üçün göydəndüşmə bir fürsətdir. Rusiyanın əli güclənir, ancaq tamamilə duyğusal hərəkət edən Türkiyə xarici siyasəti çətinə düşür. Ankara bu cür siyasətdən uzaqlaşmalıdır".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş Qərargah rəisi Hulusi Akar və geniş tərkibli nazir heyəti ilə birgə bu gün Rusiyaya rəsmi səfərə yollanır.

Xəbər lenti
0