CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarımızın gələcəyini müəyyən edən qanun

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Məktəbəqədər təhsil haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib

BAKI, 10 mart — Sputnik. Martın 10-da Milli Məclisin plenar iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasda millət vəkilləri çıxış edərək təkliflərini səsləndiriblər.

Tələbələr tədris prosesi zamanı. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Azərbaycanda təhsil haqları ilə bağlı mühüm qərar

Millət vəkili Jalə Əliyeva deyib ki, Azərbaycanda uşaqların daha yaxşı təhsil alması prioritetdir: "Məktəbəqədər təhsil bütövlükdə təhsil sisteminin vacib istiqamətidir. Cəmiyyətin maraqlarına cavab verən vacib layihədir və bu, mükəmməl sənəd olaraq qiymətləndirilməlidir".

Millət vəkili Bəxtiyar Əliyev də qanun layihəsinin mükəmməl hazırlandığını deyib: "Bu, eyni zamanda, sosial bir sifarişdir. Bu qanunda məktəbəqədər təhsilin prinsipləri müəyyənləşdirilib".

Qanun Azərbaycanda məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Məktəbəqədər təhsilin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir. Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəhazırlıq təhsili beş yaşlı uşaqlar üçün zəruri hesab olunur. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Layihə 5 fəsil 25 maddədən ibarətdir.

Müzakirələrdən sonra qanun layihəsi səsəqoyularaq ikinci oxunuşda qəbul edilib.

 

 

Xəbər lenti
0