Amerikalı senator Türkiyənin qırmızı xətlərinə hörmət etməyə çağırıb

© REUTERS / Aaron P. BernsteinCozef Votel
Cozef Votel - Sputnik Azərbaycan
Abunə olmaq
Con Makkeyn, PKK-nın Suriya qolu olan YPG və PYD-yə dəstək verilməsini Türkiyə ilə əlaqələrə zərbə vuracağını söyləyib

BAKI, 10 mart – Sputnik. Amerika Mərkəzi Qüvvələr komandanı Cozef Votel Konqresdə senatorların suallarını cavablayıb. 

Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, respublikaçı senator Con Makkeyn ölkəsi Amerikanın Türkiyənin qırmızı xəttlərinə həssaslıq göstərməsini tələb edib:

“Sizin Rəcəb Tayyib Ərdoğanın PYD terror təşkilatı ilə bağlı nə qədər ciddi olduğunu anlamadığınızı düşünürəm. Amerika müttəfiqi Türkiyənin qırmızı xəttlərinə həssaslıq göstərməlidir, ancaq biz bunu görmürük".

C.Makkeyn, PKK-nın Suriya qolu olan YPG və PYD-yə dəstək verilməsini Türkiyə ilə əlaqələrə yara vuracağını söyləyib.

20 fevralda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaradakı görüşünü xatırladan Makkeyn, Ərdoğanın ABŞ-ın PYD-yə verdiyi dəstəkdən son dərəcə narahat olduğunu diqqətə çatdırıb.

Respublikaçı partiyadan olan senator Lindsey Qraham də PYD-nin bütün bölgə üçün təhdid yaratdığını vurğulayıb.

Xəbər lenti
0