"Sən supersən!" beynəlxalq vokal müsabiqəsi davam edir. Rusiyanın NTV telekanalının ilkin seçmələrinin gedişində müsabiqədə iştirak hüququ qazanmış bakılı Pərvanə Alcanova və gəncəli Xoşqədəm Mehdiyeva çıxışa hazırlaşırlar.
Xoşqədəm Mehdiyeva və Pərvanə Alcanova bildiriblər ki, onlar Moskvada vaxtlarını yaxşı keçirirlər. İştirakçılar həmçinin özlərinin başlıca arzularını qeyd ediblər: Xoşqədəm gələcəkdə müğənni, Pərvanə isə aktrisa olmaq istəyir.
Yeri gəlmişkən, Sputnik-in bütün oxucuları öz videolarını redaksiyaya göndərərək və ya sosial şəbəkələrdəki profillərində #АзербайджанТысупер heşteqi ilə yerləşdirərək müsabiqənin iştirakçılarını dəstəkləyə bilərlər.
Layihədə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.
Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. İfaçılar NTV-nin ilkin kastinqlərinin gedişində seçiliblər.