BAKI, 10 mart — Sputnik. İstanbulun Beylikdüzü rayonunda TC-HEZ markalı Sikorsky S-76 tipli helikopterin qülləyə çırpılması nəticəsində 5 nəfər ölüb.
— Sputnik Türkiye (@sputnik_TR) 10 марта 2017 г.
Sputnik Azərbaycan-ın Milliyet-ə istinadən verdiyi məlumata görə, Büyükçekmecə Bələdiyyəsinin sədri Hasan Akgün hadisə yerində 5 nəfərin cəsədinin tapıldığını bildirib.
Akgün yolun nəqliyyatın hərəkəti üçün bağlandığını deyib.
Helikopterdə 2 heyət üzvü və 5 sərnişin olub. Sərnişinlərdən 4-ü əcnəbi, 1-i türk imiş.
Sərnişinlər "Eczacıbaşı Qrupu" şirkətinin təmsilçiləri olub.