BAKI, 10 mart — Sputnik. Bakıda 57 yaşlı kişi özünü güllələyib. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat veriblər.
Martın 9-u axşamı Xəzər rayon Buzovna qəsəbəsində beşmərtəbəli binanın üçüncü mərtəbəsində 1960-cı il təvəllüdlü Dadaşov İldırım Rza oğlu özünü güllələyib. Kişi tapançadan öz başına açdığı atəş nəticəsində ölüb.
İntihar zamanı mənzildə ondan başqa heç kəs olmayıb. Mənzilə baxış zamanı kriminalistlər ölümqabağı yazılmış kağız tapıblar. Dadaşov bu kağızda həyatdan getməsinin səbəbini yazıb.
O qeyd edib ki, oğlunun ölümü ona rahatlıq vermir və daha belə yaşaya bilmir.
Araşdırma zamanı məlum olub ki, Dadaşovun oğlu Moskva ətrafında düşdüyü avtomobil qəzasında dünyasını dəyişib. Dadaşovun özü də uzun illər Rusiyada yaşayıb və kommersiya fəaliyyəti ilə məşğul olub.
İntihar faktı ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.