Donald Tusk yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib

© REUTERS / Francois LenoirDonald Tusk
Donald Tusk - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb

BAKI, 9 mart — Sputnik. Donald Tuskun Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində mandatı uzadılıb.

Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, D.Tusk qurumun Brüssel sammitində tələb olunan sayda səs toplaya bilib. O, 2019-cu ilin noyabrınadək bu vəzifəni icra edəcək.

Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb. O, bu vəzifədə belçikalı Herman Van Rompeyi əvəzləyib. Reqlamentə uyğun olaraq, D. Tuskun səlahiyyət müddəti cari ilin may ayının 31-də başa çatacaq.

Xəbər lenti
0