CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu əhali qrupu ilə bağlı mühüm qərar

© Photo : APAYeni tikilən bina, arxiv şəkli
Yeni tikilən bina, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci vitse-prezident: "Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir"

BAKI, 9 mart — Sputnik. “Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə deyib.

“Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir” — deyə o vurğulayıb.

Xəbər lenti
0