BAKI, 9 mart – Sputnik. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, İran hərbçiləri və onların dəstək verdiyi şiə silahlıların Suriyadan çıxarılmasının vacib olduğunu söyləyib.
“Biz bütün gücümüzlə çalışmalıyıq ki, iranlı əsgərlər və onlara yaxın şiə silahlı qruplaşmaları Suriyanı tərk etsin” – deyə Nikki Haley deyib.
Sputnik Türkiyə xəbər verir ki, o, həmçinin qeyd edib ki, Amerika BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Misturanın başlatdığı Cenevrə prosesinə tam dəstək verir.