Ekspert İlqar Vəlizadə deyir ki, Azərbaycanın digər ölkələrlə münasibətlərində qarşılıqlı sərmayələrin yatırılması məsələsi önəm daşıyır: “Bu həm Azərbaycan, həm də partnyor ölkə üçün əhəmiyyətlidir. İqtisadi əlaqələrin güclənməsi ölkələr arasında münasibətlərin sıxlaşması, yeni mərhələyə qədəm qoyması deməkdir”.
“Ölkələr arasındakı sərmayələrin həcmi tərəfləri qane etmir. Buna görə də konkret sahələrlə bağlı müzakirələr aparılır. Tərəflər bri çox sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Xüsusən də maliyyə sahəsində. Hər iki ölkədə maliyyə qurumlarının qarşılıqlı olaraq nümayəndəliklərinin yaradılmasından söhbət gedir. Azərbaycan və İran arasında ticari əlaqələrin həcmi 300-500 milyon dollara qədərdir. Ancaq potensial daha yüksəkdir. Bütün imkanlardan istifadə olunsa ticarət dövriyyəsi ən azı 3 milyard dollara çata bilər”- deyə o bildirib.