BAKI, 8 mart — Sputnik. Qvatemalada reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayı 19-a çatıb.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 9 uşağın öldüyü bildirilirdi.
Yanğın zamanı xəsarət alan 20 nəfər xəstəxanalara yerləşdirilib. Reabilitasiya mərkəzində baş verən yanğının səbəbi məlum deyil. Hadisə yerində polis və yanğınsöndürənlər işləyir.