BAKI, 8 mart — Sputnik. Dünyanın ən təmiz havası Svalbard adasındadır. Sputnik Azərbaycan bu barədə publika.az-a istinadən məlumat verir.
Norveçin tərkibində olan ada ecazkarlığı, gözəl mənzərələri ilə seçilir. Üstəlik, adanın havası o qədər təmizdir ki, bura ilk dəfə ayaq basanda baş gicəllənməsi və burun qanaması kimi hallar baş verir.
Adanı buz dolabı da adlandırırlar. Adanın adı Norveç dilində soyuq bucaq deməkdir. Lakin soyuqluğuna baxmayaraq burada 3000 adam yaşayır. Çünki Svalbardda yaşamaq üçün viza tələb edilmir. Bu səbəbdən də adada qala, işləyə bilərsiniz.
Buna baxmayaraq Svalbardın da özünəməxsus şıltaqlığı var. Bura o qədər soyuqdur ki, cəsədlər çürümür. Sakinlərin çoxu ingilis dilində bilmir. Əsas şərt Norveç, ya da İsveç dillərində bilməkdir.
Burada Günəş 3 ay batmır, temperatur isə mənfi 30 dərəcədir. Yazda havanın temperaturu cəmi müsbət 10 dərəcəyə qədər artır.
Yeri gəlmişkən, Norveçin məşhur “Qiyamət anbarı” da burdadır. Anbar gələcəkdə hər hansı fəlakətlərin baş verəcəyi təqdirdə norveçlilər və Svalbardın daimi sakinləri üçün sığınacaq yeridir. Bura dünyanın hər ölkəsindən, hər bucağından çeşid-çeşid toxumlar gətirilib. 4,5 milyon toxum 18 dərəcə temperaturda bundan sonra daha 1000 il saxlanılacaq. Qida ehtiyatı yığılıb. Bu səbəbdən Svalbardı buz dolabı adlandıranlar haqlıdır.