Türkiyədə ağır avtobus qəzası baş verib

© Photo : www.ntv.com.trBursa-Ankara magistral yolunda avtobus qəzası
Bursa-Ankara magistral yolunda avtobus qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobusdakı qadınların, 8 Mart dünya qadınlar günü ilə bağlı konfransa qatılmaq üçün Ankaraya getməkdə olduqları açıqlanıb

BAKI, 7 mart – Sputnik. Türkiyədə, Bursa-Ankara magistral yolunda ağır avtobus qəzası baş verib. Avtobusun aşması nəticəsində 7 qadın həyatını itirib, 33 adam da yaralanıb.

Sputnik Azərbaycan Türkiyə NTV-sinə istinadən xəbər verir ki, avtobusdakı qadınların, 8 Mart dünya qadınlar günü ilə bağlı konfransa qatılmaq üçün Ankaraya getməkdə olduqları açıqlanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım, xilasetmə dəstələri cəlb edilib.

Xəbər lenti
0