BAKI, 7 mart – Sputnik. Türkiyə, Rusiya və ABŞ baş qərargah rəisləri Antalyada bir araya gəlib.
Türkiyənin Baş qərargah rəisi Hulusi Akar, rus həmkarı Valeri Gerasimov və amerikalı həmkarı Cozef Danford arasındakı görüş mətbuata qapalı keçirilir.
Sputnik xəbər verir ki, görüşlə bağlı Türkiyə Baş Qərargahından yazılı açıqlama verilib.
“Üç ölkənin ordu rəhbərləri ilə Antalyada yığıncaq keçirilmişdir. Yığıncaqda Suriya və İraq başda olmaqla bölgədəki təhlükəsizlik məsələləri müzakirə edilir” – deyə bəyanatda qeyd olunub.