CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclası təxirə salınıb

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bugünkü iclasın gündəliyinə 13 məsələ daxil edilmişdi, onlardan 5-i qəbul edilib

BAKI, 7 mart-Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasının 2-ci hissəsi təxirə salınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, plenar iclasın martın 10-da keçirilməsi nəzərdə tutulur.

Bugünkü iclasın gündəliyinə 13 məsələ daxil edilmişdi, onlardan 5-i qəbul edilib. 

Plenar iclasın gündəliyinə daxil edilən "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında", "Reklam haqqında", "Əmək pensiyaları haqqında" qanunlarda dəyişikliklər müzakirə edilməyib.

Xəbər lenti
0