Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Millət vəkili: “İnsanların çoxu 65 yaşdan sonra da işləmək istəyir”

© Photo : Teleqraf / Elchin MuradMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Musa Quliyev: “Pensiya yaşının artırılması çox doğru məsələdir”

Musa Quliyev: “İnsanlar psixoloji cəhətdən bu işə hazırlanırlar”
Milli Məclisin yaz sessiyasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə olunacaq. Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq.  

Millət vəkili Musa Quliyev deyir ki, Azərbaycanda insanların əksəriyyəti 65 yaşa qədər, hətta ondan sonra da işləmək istəyir: “Buna görə də pensiya yaşının 65-ə çatdırılması qərara alınıb. Dünyanın bir çox ölkələrində pensiya yaşı 65-dir”.

“İnsanların pensyaya çıxması öz istəyindən, səhhətindən, bağladığı əmək müqaviləsindən asılı olacaq. Buna görə də hər il 6 ay artırılması çox doğru məsələdir. İnsanlar psixoloji cəhətdən bu işə hazırlanırlar. Bu yaxşı düzəlişdir” — deyə o bildirib. 

Xəbər lenti
0