BAKI, 7 mart — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında A.S.Quliyevin, V.Ə.Xubanovun və A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri təyin edilməsi barədə məsələyə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinə namizədliyi irəli sürülən üzvləri təsdiq edib.
Qeyd edək ki, bu vəzifəyə Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevin namizədliyi irəli sürülüb.