"Buruq" məkananınan qalxan və bir neçə kilometrlik məsafədən görünən buxar, gecələr isə dayanmadan yanan alov ilk dəfə görənləri təəccübləndirir. Yaxınlaşdıqca isə daha heyrətamiz mənzərə göz önündə canlanır. Kükürdlü və duzlu suyu olan bulaq 70 ildən bundan öncə ərazidə neft axtarılan vaxt üzə çıxıb. Burada heç bir xüsusi qurğu, mühərrik və ya nasos olmadan yerin altdan çıxan su yanaraq fontan vurur. Suyun istiliyi isə müsbət 20-25 dərəcə olur.
Yerli sakinlərin sözlərinə görə, 10 illərdir axan bu su min bir dərdə dərman olsa da, onlara ziyanından başqa xeyri dəyməyib.