BAKI, 6 mart — Sputnik. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi"nin açılışı olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar. Dövlət başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.