BAKI, 6 mart – Sputnik. Almaniya kansleri Angela Merkelin sözçüsü Piter Altmayer, Ərdoğanın ölkəsinə qarşı işlətdiyi "faşist" kəlməsinə reaksiya göstərib. Sputnik Azərbaycan bu barədə Sözçü-yə istinadən xəbər verir.
“Prezident Ərdoğanın bizim hökumətimizi faşistlərin dövrü ilə müqayisə etməsini rədd edirik. Bu cür lazımsız tənqidlərdən qaçmaq lazımdır” – deyə sözçü bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Berlin hökumətinin türk siyasətçi və nazirlərin Almaniyada konfransda iştirakına qadağa qoymasını nasizmə bənzətmişdi.