BAKI, 6 mart – Sputnik. Rəcəb Tayyib Ərdoğanın Almaniyanın türk siyasətçi və nazirlərin bu ölkədəki proqramlarına mane olunmasına göstərdiyi reaksiya müsbət nəticə verib.
Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın xarici işlər naziri Sigmar Qabriel ilə telefonla danışıb. Telefon danışığının Almaniyanın istəyi ilə gerçəkləşdiyi bildirilib.
Bu istəyin Ərdoğanın Almaniyaya sərt ismarıc göndərməsindən sonra baş tutması diqqət çəkib.
Çavuşoğlu və Qabriel martın 8-də Berlində üz-üzə görüşəcəklərinə dair razılaşıblar.